Dastan Studio
İşlərKomandaBacarıqlarProsesƏlaqə
dastanstudiomcc@gmail.comEN
← Bütün işlər
04Komanda tapşırıq və əməkdaşlıq platforması

Taskomania

Tapşırıq, kod, dizayn və söhbət — komanda üçün bir masaüstü tətbiqdə.

Rol
Məhsul dizaynı, desktop tətbiq, backend, real-time, IDE
İl
2026
Status
Desktop — v1.0.2
Texnologiyalar
Electron, React, TypeScript, Vite
Ümumi baxış

Kiçik komandalar tapşırıqları bir yerdə, kodu başqa yerdə, dizaynı üçüncü yerdə, söhbəti isə dördüncü yerdə aparır. Taskomania bunları bir masaüstü tətbiqdə birləşdirir: tapşırığı götürən developer onun kodunu da elə oradan yazır.

Tapşırıq Götür → In Progress → Testing → Done yolu ilə irəliləyir, hər addım tarixçədə qalır. Rollar serverdə yoxlanılır: üzv yalnız iş axınını dəyişir, ad, təsvir, prioritet və tarixi admin və mentor dəyişir.

1.0.2imzalı Windows buraxılışı
3rol: Admin, Mentor, Üzv
100%şkalalı məhsuldarlıq göstəricisi
Real-timeSocket.IO ilə canlı sinxronizasiya
Nə edir

Tapşırıq, kod, dizayn və söhbət — komanda üçün bir masaüstü tətbiqdə.

01

Kanban lövhəsi

Sürüklə-burax sütunlar, Testing və Fail alt-zolaqları, prioritet, layihə etiketi, son tarix və “bitib” tarixi.

02

Tapşırıq səhifəsi

Şərhlər, tarixçə, fayl, ZIP və link əlavələri, asılılıqlar — kim kimi gözləyir.

03

Daxili IDE

Monaco redaktor, terminal, fayl ağacı, dil serveri (LSP), bir kliklə brauzerdə açılan dev server və asılılıq qrafı.

04

Dizayn kətanı

Şəkil, HTML və IDE-dən saxlanan layihələr bir sonsuz lövhədə — sürüşdür, yaxınlaşdır.

05

Qraf görünüşü

İstifadəçilər və tapşırıqlar bir şəbəkə kimi: kim nə üzərində işləyir, nə nəyi bloklayır.

06

Komanda söhbəti

Ümumi chat, xüsusi mesajlar, @etiketləmə, oxunmamış sayğac, admin və mentor üçün susdurma.

07

Məhsuldarlıq göstəricisi

Uğurlu, uğursuz və aktiv tapşırıqlar əsasında 100 ballıq faiz; kodun nə qədəri əl ilə yazılıb, nə qədəri yapışdırılıb.

08

Bildirişlər

Masaüstü bildirişləri və tapşırıq panelindəki ikonda oxunmamış sayı.

Çətinliklər və həllər

Nə sındı, necə düzəldi

01
Problem

Terminalda dev server işləyəndə IDE donurdu

Həll

Fayl izləyicisi node_modules-u da izləyirdi — istisna edildi, IDE sərbəst qaldı.

02
Problem

Quraşdırılmış tətbiqdə TypeScript dil serveri qoşulmurdu

Həll

Dil serveri tətbiq daxilində ayrıca yüklənib işə salınır; qablaşdırılmış versiyada da işləyir.

03
Problem

Saxlanmamış dəyişiklik sualından sonra redaktor cavab vermirdi

Həll

Sistemin standart pəncərələri (confirm/alert) tətbiqin öz pəncərələri ilə əvəz edildi.

04
Problem

Üzvlər tapşırığın adını və tarixini də dəyişə bilirdi

Həll

Rol əsaslı qadağa: üzv yalnız iş axınını irəlilədir, qalan sahələr admin və mentora açıqdır.

Texnologiyalar
ElectronReactTypeScriptViteExpressPostgreSQLPrismaSocket.IOMonacoxterm.jsLSPreact-force-graphdnd-kitZustandRailway