Taksitli ödəniş planları, borc izləmə və kredit kartları.
›
Dentaz
Stomatoloji klinikanın bütün əməliyyatları bir sistemdə.
Klinikalar adətən qəbulu bir proqramda, krediti Excel-də, laboratoriya sifarişlərini WhatsApp-da, kassanı isə dəftərdə aparır. Dentaz bunların hamısını bir sistemdə birləşdirir və hər işçiyə yalnız öz roluna lazım olanı göstərir.
Sistem real klinikada gündəlik istifadədədir: həkimlər, resepşn, kassirlər, laboratoriya texnikləri və marketinq komandası eyni məlumat üzərində işləyir. Klinikanın hər həftəki istəkləri növbəti buraxılışa çevrilir.
Stomatoloji klinikanın bütün əməliyyatları bir sistemdə.
Qəbul cədvəli
Həkim və otaqlar üzrə gündəlik cədvəl, qəbul xatırlatmaları, həkim yalnız öz qəbulunu dəyişir.
Pasiyent və odontoqram
Diş xəritəsi üzərində müalicə planı, xidmət kataloqu, məxfi qeydlər, pasiyent balansı.
Kredit və taksitlər
Kredit qrafiki, gecikən ödənişlər, məsul həkim, Excel ixracı.
İki kassa və avanslar
Yuxarı və aşağı kassa, mədaxil/məxaric, işçi avansları ay üzrə hesabat.
Laboratoriya axını
Skan yoxlaması → dizayn → həkim təsdiqi → istehsal → təhvil → keyfiyyət ulduzu. Texnik üçün səs siqnalı.
CRM və marketinq
Lead lövhəsi, tapşırıqlar, SMS avtomatlaşdırma, kütləvi göndəriş, Telegram/TikTok/Messenger kanalları.
Rollar və icazələr
Həkim, resepşn, kassir, lab, marketinq admini — qaydalar serverdə yoxlanılır, UI-da yox.
Avtomatik yenilənmə
İmzalı Windows və macOS tətbiqi yeni versiyanı özü yükləyir və səssiz quraşdırır.
Dentaz — Dental Clinic Management

Nə sındı, necə düzəldi
Canlı klinikada sıfır itki ilə buraxılış
Hər buraxılışdan əvvəl production bazasının ehtiyatı, nüsxə üzərində miqrasiya sınağı və bütün say/cəmlərin müqayisəsi.
Desktop yenilənməsi ilişib qalırdı
electron-updater yalnız yüksək versiyanı qəbul edir — versiya sxemi buna görə yenidən quruldu, Windows və macOS ayrıca, imzalı build.
Həssas maliyyə məlumatı hamıya görünürdü
Həkim yalnız öz pasiyentinin ödənişini görür, gizli qeydlər müəllifə və adminə açıqdır; hamısı backend səviyyəsində.
